Egey dәnizi İxracatçılar Birliyi mәlumat yaydı

Egey dәnizi İxracatçılar Birliyi vasitәsilә  hәyata keçirilәn ixrac nisbәti ötәn ilin eyni dövrü ilә müqayisәdә 20% artaraq 1 milyon 915 min dollar olub.

1061616
Egey dәnizi İxracatçılar Birliyi mәlumat yaydı

Egey dәnizi İxracatçılar Birliyi vasitәsilә  hәyata keçirilәn ixrac nisbәti ötәn ilin eyni dövrü ilә müqayisәdә 20% artaraq 1 milyon 915 min dollar olub.

Egey dәnizi İxracatçılar Birliyindәn verilәn mәlumata görә, sentyabr ayında hәyata keçirilәn ixrac rekord sәviyyәyә çatıb.

Birliyә üzv firmalar tәrәfindәn sentyabr ayında hәyata keçirilәn icrac nisbәti keçәn ilin eyni dövrü ilә müqayisәdә  20 % artaraq 168 milyon 915 min dollara çatıb.

Sentyabr ayında әldә olunan rekorda әn böyük töhfәni 74 % artım әldә edәn Egey dәnizi Dәmir İxtacatçılar Birliyi verib. Bunu 69 %-ik artımla Taxıl vә  Yağlı Toxumlar İxracatçılar Birliyi vә  61 %-ik artımla Egey dәnizi Meyvә Qurusu İxracatçılar Birliyi izlәyib.

Egey dәnizi İxracatçılar Birliyi  yanvar-sentyabr aylarında icrac nisbәtinin 2017-ci ilin eyni dövrü ilә müqayisәdә 16.5 % artaraq 8 milyon 480 milyon dollardan 9 milyard 878 milyon dollara yüksәldiyini bildirib.

İllik ixrac nisbәti isә 17.2 % artaraq 11 milyard 275 milyon dollardan  13 milyard 220 milyon dollara yüksәlib.

Egey dәnizi İxracatçılar Birliyi   sentyabr ayında 180 ölkәyә mәhsul satıb.

Eyni dövrdә  128 ölkәyә hәyata keçirilәn icracda artım müşahidә olunub

Mәlumata görә, әn çox ixrac Almaniyaya olub. Almaniyanı 102 milyon dollarla Amerika Birlәşmiş Ştatları, 72.8 milyon  dollarla İspaniya, Hindistan vә Yunanıstan  izlәyib.



Әlaqәli Xәbәrlәr