Liviya Türk şirkətini fəaliyyətlərini davam etdirməyə çağırdı

Liviyada təhlükəsizlik problemlərinə görə fasilə verilən Ubari elektrik stansiyası layihəsini həyata keçirən Türkiyənin ENKA Şirkətinə fəaliyyətlərinə yenidən başlaması üçün çağırış edildi.

1059841
Liviya Türk şirkətini fəaliyyətlərini davam etdirməyə çağırdı

Liviya Milli Razılıq Hökuməti  Prezident Şurasının üzvü Əhməd Muaytık təhlükəsizlik problemlərinə görə fasilə verilən Ubari elektrik stansiyası layihəsini həyata keçirən Türkiyənin ENKA şirkətinə fəaliyyətlərinə yenidən başlaması üçün çağırış etdi.

 Hökumətin Əlaqə və İnformasiya İdarəsinin açıqlamasına görə, Muaytık Daxili İşlər naziri Əbdussəlam Aşur, Maliyyə naziri Üsamə Hammad, Ümumi elektrik şirkəti başçısı Əbdulməcid Həmzə ilə paytaxt Tripolidə bir araya gəldi.

Muaytık elektrik istehsalındakı çatışmazlığı aradan qaldırmaq üçün sürətlə həll yolları tapılması ilə bağlı mövzuların müzakirə edildiyi toplantıda ölkənin cənubundakı Ubari bölgəsindəki elektrik stansiyasının qış ayından əvvəl fəaliyyətlərinə başlaması üçün layihəni icra edən Türkiyənin ENKA şirkətinə çağırış etdi ki, fəaliyyətlərinə fəallıq qazandırsın.

 Açıqlamada ayrıca Daxili İşlər Nazirliyinin son üç aydakı elektrik enerjisi çatışmazlığının təkrarlanmaması üçün ölkənin cənubundakı ehtiyacları ödəmək barədə hərbi və təhlükəsizlik təşkilatları layihəni zəmanət altına alacağı qeyd edildi.

Xatırladaq ki, Liviyanın Ubari bölgəsində silahlı bir qrup tərəfindən, 3 noyabr 2017-ci il tarixində ENKA-nın texniki işçilərindən 3-ü Türk 4 adam oğurlanmışdı. Ubari elektrik stansiyası layihəsi çərçivəsində çalışan mühəndislər hadisəyə görə bölgədən ayrılaraq şirkət işlərini dayandırdı. Türkiyənin Liviya rəsmilərilə etdiyi əməkdaşlıq nəticəsində 3 Türk 233 gün sonra sərbəst buraxılmışdı.



Әlaqәli Xәbәrlәr