Türkiyənin şaftalı ixracı rekord səviyyəyə çıxdı

Türkiyənin şaftalı ixracı 15 avqustadək olan müddətdə rekord səviyyəyə çıxdı.

1039105
Türkiyənin şaftalı ixracı rekord səviyyəyə çıxdı
seftali_rusya
10-11/Files/UploadedImages/1866962756seftalieftali.jpg
şeftali.jpg

Türkiyənin şaftalı ixracı 15 avqustadək olan müddətdə rekord səviyyəyə çıxdı.

Həmin dövrdə şaftalı ixracından 76 milyon dollar gəlir əldə edildi. Bu müddət ərzində ixrac edilən şaftalı miqdarı isə 101,8 ton oldu.

Ümumilikdə Türkiyənin Çanaqqala və Bursa şəhərlərində yetişdirilən şaftalıdakı ixrac 15 avqustadək olan müddət ərzində 59 faiz artımla 64 min tondan 101,8 min tona çıxdı. İxrac edilən şaftalıdan əldə edilən gəlir isə 37,6 faiz artaraq 55,2 milyon dollardan 76 milyon dollara çıxdı.

Şaftalının ən çox ixrac edildiyi ölkələr sırasında ilk yeri Rusiya tutdu. Həmin dövrdə Rusiyaya ixrac edilən 62,7 min ton şaftalıdan 59,8 milyon dollar  gəlir əldə edildi. Ən çox şaftalı ixrac edilən digər ölkələr isə  İraq, (17,5 ton) Suriya, (5,6 ton) Səudiyə Ərəbistanı (5,2 ton) oldu.


Etiketlәr: #şaftalı , #ixrac

Әlaqәli Xәbәrlәr