ABŞ və Çin ticarət müharibəsində yeni mərhələ

Amerika Birləşmiş Ştatları Çinlə ticarət müharibəsində yeni mərhələyə keçdi.

1036720
ABŞ və Çin ticarət müharibəsində yeni mərhələ

    ABŞ Çin məhsullarına qarşı ikinci əlavə vergi tətbiqinə başladı, belə ki, Çindən gələn 16 milyard dollarlıq məhsula artıq 25 faiz vergi gələcək.

  Çin də ABŞ-a qarşı eyni dəyərdə məhsullara, eyni miqdarda əlavə vergi tətbiq etməklə cavab tədbirlərinə keçib.

  Çin Ticarət Nazirliyindən verilən məlumatda Çinin məsələni Dünya Ticarət Təşkilatında qaldıracağı da qeyd olunub.

  Qeyd edək ki, ABŞ bundan əvvəl Çindən gələn 34 milyard dollar dəyərindəki məhsullara əlavə vergi tətbiqinə başlamışdı.



Әlaqәli Xәbәrlәr