Türkiyə və Qətər arasında 15 milyard dollarlıq sərmayə istiqamətində ilk addım atıldı

Türkiyə və Qətər mərkəzi bankları 15 milyard dollarlıq sərmayə paketinin ilk addımını ikitərəfli Valyuta Mübadiləsi Müqaviləsini (Swap) imzalayaraq atdılar.

1035269
Türkiyə və Qətər arasında 15 milyard dollarlıq sərmayə istiqamətində ilk addım atıldı

 Türkiyə Respublikası Mərkəzi Bankı və Qətər Mərkəzi Bankı arasında ikitərəfli əməkdaşlığı inkişaf etdirmək məqsədilə Valyuta Mübadiləsi Müqaviləsi imzalandı.
 
 MüqaviləniTürkiyə Mərkəzi Bankının rəhbəri Murat Çətinkaya və Qətər Mərkəzi Bankının sədri Abdullah Bin Saud Əl-Thani imzaladılar. Qətər Mərkəzi Bankında keçirilən imzalanma mərasimində hər iki ölkənin rəsmi şəxsləri iştirak etdilər.
 
 Sözügedən müqavilə ilə iki ölkə arasında yerli pul vahidləri vasitəsilə aparılan ticarətin asanlaşdırılması və maliyyə sabitliyinin dəstəklənməsi məqsədi güdülür. Müqavilə ölkə ehtiyatlarının möhkəmləndirilməsinə də töhfə verəcək.
 
 Müqavilə çərçivəsində ilkin mərhələdə istifadə ediləcək vəsaitin 3 milyard dollar məbləğində olacağı gözlənilir.



Әlaqәli Xәbәrlәr