Bərat Albayraqla telekonfrans vasitəsilə görüşmək istəyən xarici sərmayəçilərin sayı çoxdur

Türkiyənin Xəzinə və Maliyyə naziri Bərat Albayrağın bu gün telekonfrans vasitəsilə keçirəcəyi görüşdə iştirak etmək üçün 3 min 783 xarici sərmayəçi qeydiyyatdan keçdi.

1033343
Bərat Albayraqla telekonfrans vasitəsilə görüşmək istəyən xarici sərmayəçilərin sayı çoxdur

Türkiyənin Xəzinə və Maliyyə naziri Bərat Albayraq bu gün xarici sərmayəçilərlə telekonfrans keçirəcək.

Telekonfrans Türkiyə vaxtı ilə saat 16.00-da, Nyu-York vaxtı ilə saat 09.00-da başlayacaq.

Telekonfransda minə qədər sərmayəçinin iştirakı gözlənilirdi, lakin 3 min 783 xarici sərmayəçi qatılmaq üçün qeydiyyatdan keçdi. Bu rəqəmin toplantı saatına qədər artması gözlənilir.

Xarici sərmayəçilərlə ilk telekonfransı həyata keçirəcək Bərat Albayraq  iqtisadiyyatdakı son gedişatlardan sonra beynəlxalq investorlarla  birbaşa dialoqa girəcək.

Telekonfransa ABŞ, Avropa və Orta Şərqdəki sərmayəçilər başda olmaqla, dünyanın bir sıra ölkəsindən olan sərmayəçilər qatılacaqlar.

 

 

 



Әlaqәli Xәbәrlәr