G 20 Maliyyə Nazirləri və Mərkəzi Bank rəhbərlərini Argentinaya topladı

Türkiyəni Xəzinə və Maliyyə naziri Berat Albayrak və Mərkəz Bankın İdarə Heyətinin sədri Murat Çetinkaya təmsil edib.

1016808
G 20 Maliyyə Nazirləri və Mərkəzi Bank rəhbərlərini Argentinaya topladı

 G 20 Maliyyə Nazirləri və Mərkəzi Bank rəhbərlərinin toplantısı Argentinanın paytaxtı Buenos-Ayresdə başladı.

  Dünyanın ən böyük 20 ölkəsinin maliyyə nazirləri və mərkəz bankı rəhbərlərini Argentinanın paytaxtı Buenos-Ayresdə bir araya gətirən konfrans iki gün davam edəcək.

  Türkiyəni Xəzinə və Maliyyə naziri Berat Albayrak və Mərkəz Bankın İdarə Heyətinin sədri Murat Çetinkaya təmsil edib.

  Toplantıda digər G 20 üzvlərinin nümayəndə heyətlərindən əlavə, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı kimi aparıcı beynəlxalq təşkilatların nümayəndələri də var.  

  Dünya iqtisadiyyatının 85 faizini təşkil edən 20 ölkənin əsas müzakirə mövzuları ABŞ prezidenti Donald Trampın Avropa İttifaqı, Kanada, Meksika və Çin daxil olmaqla bir çox üzvü hədəfə alan gömrük vergiləri, buna qarşı cəzalandırıcı cavablar, iş həyatının gələcəyi, inkişaf üçün infrastruktur sərmayələri və davamlı ərzaq gələcəyi ilə bağlıdır.



Әlaqәli Xәbәrlәr