Türkiyədə mart ayında işsizlik keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz azaldı

Türkiyədə işsizlik nisbəti mart ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz azalaraq 10,1 faiz oldu.

994140
Türkiyədə mart ayında işsizlik keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz azaldı

Türkiyədə işsizlik nisbəti mart ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz azalaraq 10,1 faiz oldu.

Türkiyə Statistika İdarəsi mart ayına olan rəqəmləri açıqladı.

Buna görə, Türkiyə miqyasında 15 və daha yuxarı yaşı olanlar arasında işsiz sayı mart ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə  432 min nəfər azalaraq 3 milyon 210 nəfərə düşdü. Həmin dövrdə işsizlik nisbəti mart ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz azalaraq 10,1 faiz oldu.

Mart ayında kənd təsərrüfatı sahəsini çıxmaqla işsizlik nisbəti 1,8 faiz düşərək 11,9 faiz təşkil etdi.

Həmin ayda 15-24 yaş qrupunu əhatə edən gənc işsizlik nisbəti 3,7 faiz azalaraq 17,7 faizə düşdü. İşsizlik nisbəti 15-64 yaş qrupunda isə 1,7 faiz azalaraq 10,3 faiz təşkil etdi.



Әlaqәli Xәbәrlәr