Türkiyənin turizm gəliri 2018-ci ilin ilk rübündə

Türkiyənin turizm gəliri ilin ilk rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 31,3 faiz artaraq 4 milyard 425 milyon 237 min dollar təşkil edib.

961096
Türkiyənin turizm gəliri 2018-ci ilin ilk rübündə

  Türkiyə Statistika Qurumu (TÜİK) bu ilin yanvar-mart dövrü ilə bağlı turizm statistikalarını açıqlayıb. Buna görə, turizm gəliri ilk rübdə ötən ilin eyni dövrü ilə müqayisədə 31,3 faiz artıb və 4 milyard 425 milyon 237 min dollar olub. Turizm gəlirlərinin 76,1 faizi xarici, 23,9 faizi isə xaricdə yaşayan vətəndaşlardan əldə edilib.

  Həmin dövrdə edilən xərclərin 3 milyard 984 milyon 962 min dolları fərdi, 440 milyon 275 min dolları isə paket turlarla əlaqədardır. Gələnlər adambaşı orta hesabla 723, əcnəbilər 682 dollar, xaricdə yaşayan vətəndaşlar isə 869 dollar xərcləyib.  

  Başqa ölkələrə səfər edən vətəndaşların xərclərindən ibarət olan turizm xərci də ötən ilin müvafiq rübünə nisbətən 26,1 faiz artaraq 1 milyard 79 milyon 8 min dollar olub. Bunun 842 milyon 277 min dolları fərdi, 236 milyon 731 min dolları isə paket tur xərcləri olaraq qeydlərə keçib.

  Ölkə xaricinə səfər edən vətəndaş sayı ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 faiz artaraq 2 milyon 70 min 534 nəfər olub. Bunların adambaşı orta hesabla xərci 521 dollar təşkil edib.



Әlaqәli Xәbәrlәr