Tacikistan, Özbəkistana  elektrik enerjisi  ixracatına başlayıb

Tacikistan 9 ildən sonra yenidən Özbəkistana elektrik enerjisi ixrac etməyə başlayıb.

943408
Tacikistan, Özbəkistana  elektrik enerjisi  ixracatına başlayıb

Son dövrdə ikitərəfli əlaqələri  gücləndirən  Özbəkistan və Tacikistan, sərhəd qapılarının qarşılıqlı açılması, 30 günlük vizasız  səyahət  tətbiqi,   həmçinin 25 ildən  sonra yenidən təyyarə reyslərinin  başladılması  iki   ölkə arasındakı  elektrik enerjisi sistemlərinin  yenidən birləşdirilməsinə  zəmin  yaratdı.

Tacikistan hökumətinin açıqlamasında bildirilir ki Tacikistan, Özbəkistana elektrik ixrac etməyə başlavyıb.  Həmin  qərara  əsasən Özbəkistana bir  ildə  1,5 milyard kilovatsaat elektrik satılması  planlaşdırılır. Özbəkistan elektrikin   kilovatsaatına  yay  fəslində  2 sent, qış mövsümündə 2,5 sent ödəyəcək.

Qeyd  edək ki,  Tacikistan ilə Özbəkistan 2009-cu ildə Mərkəzi Asiyanın birləşmiş elektrik sistemindən ayrıldıqdan sonra iki ölkə enerji sistemləri arasındakı əlaqə də kəsilmişdi.



Әlaqәli Xәbәrlәr