Hisarcıklıoğlu Argentinanın başçısı ilə görüşdü

Türkiyə Palatalar və Birjalar Birliyinin sədri Rifat Hisarcıklıoğlu Argentinanın dövlət başçısı Maurisio Makri (Mauricio Macri) ilə İsveçrənin Davos qəsəbəsində təşkil edilən 48-ci Dünya İqtisadi Forumunda bir araya gəlib.

896388
Hisarcıklıoğlu Argentinanın başçısı ilə görüşdü

  G 20-nin sədri olan Argentinanın dövlət başçısı Davosda G 20 ölkələrinin biznes nümayəndələrilə görüşüb.

  Türkiyə Palatalar və Birjalar Birliyinin sədri Rifat Hisarcıklıoğlu Maurisio Makri ilə iki ölkə arasında iqtisadi münasibətlərin inkişaf etdirilməsilə bağlı fikir mübadiləsi aparıb.

  Görüşdə G 20 Sammiti çərçivəsində qlobal iqtisadi məsələlər də danışılıb.  

  R.Hisarcıklıoğlu görüşdən sonra verdiyi şərhdə deyib: “Bu il G 20 sədri Makriyə qlobal iqtisadiyyatın qarşısında gördüyümüz təhdidləri bildirdik. Türkiyə və Argentina kimi inkişaf etməkdə olan ölkələrin daha çox əməkdaşlıq etməsi məsələsində istəklərimizi çatdırdıq. Türkiyə və Argentina biznes dünyaları birlikdə çalışmağa davam edəcək".



Әlaqәli Xәbәrlәr