Tunis Türkiyəyə ixracı artırmaq istəyir

Tunisin inkişaf, investisiya və beynəlxalq əməkdaşlıq naziri Ziyad əl-İzari, Türkiyəyə ixracı artırmaq istədiklərini və Tunisin Türk sərmayədarlar üçün uyğun şərtlərə sahib olduğunu söylədi.

877593
Tunis Türkiyəyə ixracı artırmaq istəyir

Tunisin inkişaf, investisiya və beynəlxalq əməkdaşlıq naziri Ziyad əl-İzari, Türkiyəyə ixracı artırmaq istədiklərini və Tunisin Türk sərmayədarlar üçün uyğun şərtlərə sahib olduğunu söylədi.

İzari paytaxt Tunisdə təşkil edilən Tunis-Türkiyə İş Forumunda iki ölkə arasındakı ticarət əlaqələrini qiymətləndirdi.

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın nazirlər və iş dünyasının nümayəndələrilə reallaşdırdığı səfərin çox düzgün bir zamanda baş tutduğunu bildirən nazir deyib ki, iki ölkə arasında dərin və nəhəng bir potensial olduğunun fərqindəyik. Qarşılıqlı xüsusi sektor sərmayə qoyuluşlarının artırılması istiqamətindəki siyasi istək də məlumdur. Tunis məhsullarının Türkiyə bazarına ixrac edilməsi üçün güclü potensial var. Eyni zamanda Türk şirkətlərinin də Tunisdə sərmayə qoymaları üçün böyük potensial görürük.

Tunis parlamentinin iki ölkə arasındakı ticarət həcmində Türkiyə lehinə fərqi azaltmaq məqsədiylə 2018-ci ildən etibarən sərbəst ticarət razılaşmasından savayı bəzi Türk məhsullarına vergi tətbiq etmə qərarı aldığını xatırladan İzari bunları deyib: “Biz bu məsələnin həll edilməsi üçün çalışırıq. Türkiyədən iki ölkə arasındakı ticarət həcmindəki fərqin aradan qaldırılması üçün bizim xüsusi sektörümüzün Türkiyə bazarına girə bilməsi, ixracının təşviqi istiqamətində zəmanətlər aldıq. Bizim düşüncəmizə görə Tunisin Türkiyəyə ixracının inkişaf etdirilməsi, bu mövzudakı problemin ən qısa müddətdə həll edilməsi üçün izləniləcək yol olacaq. "



Әlaqәli Xәbәrlәr