Binəli Yıldırımdan fermerlərə dəstək

Türkiyənin baş naziri Binəli Yıldırımın göstərişi ilə Nazirlər Kabineti bu il baş verən təbii fəlakətlər nəticəsində zərər çəkən fermerlərin borclarının ödənilməsinin 1 il təxirə salınma imkanı barədə qərar qəbul etdi.

859682
Binəli Yıldırımdan fermerlərə dəstək

Türkiyənin baş naziri Binəli Yıldırımın göstərişi ilə Nazirlər Kabineti bu il baş verən təbii fəlakətlər nəticəsində zərər çəkən fermerlərin Ziraat Bankı və Aqrar Kredit Kooperativlərinə olan borclarının ödənilməsinin 1 il təxirə salınma imkanı barədə qərar qəbul etdi.
 
 Türkiyə Nazirlər Kabinetinin verdiyi məlumata görə,  80 min fermerin qərardan faydalanması nəzərdə tutulur.
 
Eyni zamanda, Ziraat Bankı və Aqrar Kredit Kooperativləri də kənd təsərrüfatında istehsalın davamlılığının təmin olunması məqsədilə borclarını ödəməkdə çətinlik çəkən fermerlərə mövcud kredit borclarını 5 il müddətində hissələrlə ödəmə imkanı yaratdı.



Әlaqәli Xәbәrlәr