Türkiyə, İran və Qətər arasında saziş imzalandı

Türkiyə, İran və Qətər arasında ticarət mallarının nəqliyyatı və tranzit keçidləri asanlaşdıran saziş imzalandı.

855729
Türkiyə, İran və Qətər arasında saziş imzalandı

Türkiyə, İran və Qətər arasında ticarət mallarının nəqliyyatı və tranzit keçidləri asanlaşdıran saziş imzalandı.

Sazişi Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybəkçi, İranın Mədən, Sənaye və Ticarət naziri Məhəmməd Şəriətmədari və Qətərin İqtisadiyyat və Ticarət naziri Şeyx Əhməd bin Casim bin Məhəmməd Al Sani imzalayıb.

İranın paytaxtı Tehranda Türkiyə, İran və Qətər arasında imzalanan saziş dəniz və quru yol vasitəsilə nəqliyyatda təmin ediləcək asanlıqla yanaşı üç ölkə arasındakı ticarət əlaqələrinin gücləndirilməsinə də zəmin hazırlayacaq.

Sazişə görə İran Türkiyə və Qətər arasında tranzit keçidi təmin edəcək ölkə olacaq.

Üç ölkə arasında birgə çalışma qrupunun də təşkil edilməsini nəzərə alan saziş hər il üç qiymətləndirmə yığıncağı keçirməyi qərara alıb.



Әlaqәli Xәbәrlәr