Tarixi Sarıyer Böreyi İran bazarına yol alır, sonra da Avropaya

Börek şəbəkəsinin icraçı direktoru (CEO) Erdeniz Çolak Avropa İttifaqı ölkələri üçün də bazar araşdırmalarının davam etdiyini söyləyərək deyib.

853109
Tarixi Sarıyer Böreyi İran bazarına yol alır, sonra da Avropaya

  Türkiyənin Kocaeli şəhərində 1995-ci ildən başlayan və bu gün 12 rayonun 50-dən çox yerində xidmət göstərən Tarixi Sarıyer Böreyi İran bazarına girməyə hazırlaşır.

  İranda da börek şəbəkəsi yaratmaq istəyən Tarihi Sarıyer Börek firması qonşu ölkədə qarşıdakı 5 il içərisində orada 50 şöbə açmağı və ildə 5 milyon dollarlıq ixraca nail olmağı hədəfə alıb.

  Börek şəbəkəsinin icraçı direktoru (CEO) Erdeniz Çolak Avropa İttifaqı ölkələri üçün də bazar araşdırmalarının davam etdiyini söyləyərək deyib: "Avropa ölkələrilə ticarət etmək asan deyil. Amma bu ölkələrin birində də fabrikimizi qurmaq planımız var. İnşallah, oradakı türk qardaşlarımızın də dəstəyilə buna nail olsaq, artıq Avropaya da börek çörəyini sevdirəcəyik".



Әlaqәli Xәbәrlәr