"Türkiyə markaları pərakəndə sektorun "özəl iqtisadi qüvvələri”dir", S.Özel

Türkiyə markaları həm ölkədə, həm də sərhədlərdən kənarda əhəmiyyətli iqtisadi müqavilələrə imza atır, əsasən Rusiya, Səudiyyə Ərəbistanı, Ukrayna, Qazaxıstan, İran, İraq, Azərbaycan və Rumıniya olmaqla çox geniş bir coğrafiyaya yayılıb.

812496
"Türkiyə markaları pərakəndə sektorun "özəl iqtisadi qüvvələri”dir", S.Özel

  Türkiyə markalarının 2020-ci il hədəfi ölkə xaricində 4500 mağaza açmaqdır.

   Türkiyə Birləşmiş Markalar Qurumu (BMD) İdarə heyətinin sədri Sinan Öncel deyib:

  “Quruma üzv 412 markanın ölkə içində 380-dən çox ticarət mərkəzi (AVM), 70 mindən çox yol kənarlarında mağazası var. Bu mağazalarda təxminən 400 min adam çalışır. Pərakəndə sektor 2016-ci ili 670 milyard Türkiyə lirası ilə bağladı. 2017-ci ilin ilk yarısından diqqətimizi inkişaf etmək üçün ölkə xaricində mağazalar açmaq (ixracata yönəlmək), marka satışlarını artırmaq, fərqlilik gətirmək, gəlir potensialı artırmaq və yeniliklərə fokuslanmağa yönəltmişik.

  Türkiyə markaları həm ölkədə, həm də sərhədlərdən kənarda əhəmiyyətli iqtisadi müqavilələrə imza atır, əsasən Rusiya, Səudiyyə Ərəbistanı, Ukrayna, Qazaxıstan, İran, İraq, Azərbaycan və Rumıniya olmaqla çox geniş bir coğrafiyaya yayılıb. 99 BMD markasının 110 ölkədə 2700-dən çox mağazası var. Bu rəqəmin il sonunda 3 min, 2020-ci ildə isə 4500-dən çox olması üçün çalışırıq. Xaricinə açılan markalarımız həm də o ölkə insanının könlünü oxşayır, bizim ölkəmizə xoş duyğu yaradır. Buna görə biz markalarımızı Türkiyə iqtisadiyyatı və pərakəndə sektorunun “xüsusi iqtisadi qüvvələri” adlandırırıq. Yaxın gələcəkdə daha çox mühüm uğurlara imza atacağımıza inanıram."



Әlaqәli Xәbәrlәr