Rusiyaya ixrac edilən heyvadan əldə edilən gəlir

Türkiyə Rusiya Federasiyasına 1 yanvar – 31 may tarixləri arasındakı 5 aylıq dövrdə min 469 ton heyva ixrac edərək müqabilində 1 milyon 811 dollar gəlir əldə etdi.

756388
Rusiyaya ixrac edilən heyvadan əldə edilən gəlir
MEYVE SEBZE.jpg
soğan.jpg
Patates.png
Lahana.jpg

Türkiyə Rusiya Federasiyasına 1 yanvar – 31 may tarixləri arasındakı 5 aylıq dövrdə min 469 ton heyva ixrac edərək müqabilində 1 milyon 811 dollar gəlir əldə etdi.

Türkiyədən Rusiyaya ilin 5 aylıq dövründə 17 növ meyvə və tərəvəz ixrac edildi.  Müvafiq dövrdə ixrac edilən 215 min 379 ton meyvə və tərəvəz müqabilində 123 milyon 738 min 321 dollar gəlir əldə edildi.

Keçən ilin müvafiq dövründə ixrac edilən 113 min 140 ton meyvə və tərəvəzdən isə 78 milyon 231 min 553 dollar qazanılıb.

Cari ilin 5 aylıq dövründə edilən ixracat keçən ilin müvafiq dövrü ilə müqayisədə miqdarda 90 faiz, gəlirdə isə 58 faiz artdı.

Keçən ilin müvafiq dövründə 998 ton heyva ixrac edən Türkiyə bunun müqabilində 656 min 616 dollar qazandı.

Cari ilin müvafiq dövründə isə Türkiyənin ixrac etdiyi heyva miqdarı 47 faiz artaraq min 469 tona, gəlir isə 67 faiz artaraq 1 milyon 94 min 811 dollara çıxdı.



Әlaqәli Xәbәrlәr