Qətər və Avropanın enerji şirkətləri müqavilə imzaladı

“Royal Dutch Shell” Qətərdəki neft və təbii qaz sektorunda təxminən 20 milyard dollar investisiyası ilə Dohanın ən böyük enerji sərmayəçiləri arasında yer tutur.

752444
Qətər və Avropanın enerji şirkətləri müqavilə imzaladı

  Qətərin “Petroleum” şirkəti ilə Avropanın enerji şirkəti “Royal Dutch Shell” arasında beynəlxalq dəniz nəqliyyatında dünya səviyyəsində qəbul olunmuş mayeləşdirilmiş təbii qaz (LNG) yanacaq doldurma stansiyaları qurmaq üçün razılaşma imzaladı.

  Qətər “Petroleum” şirkətindən verilən yazılı məlumata görə, müqaviləyə GP İcra heyətinin sədri (CEO) Saad Şeride Kaabe və “Royal Dutch Shell”in İdarə heyətinin sədri (CEO) Ben Van Beurden Qətərin paytaxtı Dohada imza atıblar.

  Bundan sonra Avropa, Yaxın Şərq və Şərqi Asiyada yanacaq doldurma stansiyaları qurmaq üçün uyğun nöqtələr müəyyən ediləcək.

  Məlumatda o da yazılır ki, "Qətər LNG yanacaq stansiyaları və mayeləşdirilmiş təbii qazı dəniz nəqliyyatında təmiz enerji qaynağı olaraq istəyən şirkətlərin istəyini qiymətləndirir. LNG yanacağı üçün tələbatın 2030-cu ildə 50 milyon tona qədər çatması gözlənilir."

  Qeyd edək ki, “Royal Dutch Shell” Qətərdəki neft və təbii qaz sektorunda təxminən 20 milyard dollar investisiyası ilə Dohanın ən böyük enerji sərmayəçiləri arasında yer tutur.

  Qətər başda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olmaqla 27 ölkəyə təbii qaz ixrac edir.

  Ümumiyyətlə, Qətər dünyadakı təbii qaz istehlakının 30 faizini ödəyir.



Әlaqәli Xәbәrlәr