İqtisadi məhdudiyyətlərin aradan qaldırılması haqqında fərman qüvvəyə mindi

Rusiya hökuməti pomidoru çıxmaqla bir sıra iqtisadi məhdudiyyətlərin aradan qaldırılması haqqında fərmanı qüvvəyə mindirdi.

744645
İqtisadi məhdudiyyətlərin aradan qaldırılması haqqında fərman qüvvəyə mindi
Türkiye'de tarım-domates.jpg
DOMATES.jpg
salatalık
çilek
turşu suyu
tiburones tavuk.jpg

Rusiya hökuməti pomidoru çıxmaqla bir sıra iqtisadi məhdudiyyətlərin aradan qaldırılması haqqında fərmanı qüvvəyə mindirdi.

Rusiya hökumətinin internet saytında yer tutan fərmana görə, Türkiyədən idxal edilməsi qadağan edilən qida məhsullarının pomidoru çıxmaqla hamısının idxalı yenidən sərbəst buraxıldı.

Bildirilib ki, Türkiyədən toyuq və hinduşka əti, xiyar, turşu, alma, armud, üzüm və çiyələk yenidən idxal edilə biləcək.

Rusiya kənd təsərrüfatı naziri Aleksandr Tkaçev dünən verdiyi açıqlamada Türkiyədən pomidor satın alımasına tətbiq edilən sanksiyanın azı üç il davam edəcəyini bildirmişdi.

Baş nazir müavini Arkadiy Dvorkoviç isə, Rusiya bazarında pomidor suyu, sous kimi məhsulların istehsalı üçün noyabr 2017-aprel 2018  tarixləri arasında Türkiyədən pomidor nəqliyyatına başlana biləcəyini bildirib.

Dvorkoviç Türkiyə pomidorunun daha ucuz və istehsalçılar üçün daha sərfəli olduğunu da sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr