Rusiyadan vergisiz kənd təsərrüfatı məhsulu idxal edilməsi ilə əlaqəli məhdudiyyətə son qoyuldu

Rusiyanın Taxıl Birliyinin sədri Arkadiy Zloçevski Türkiyənin Rusiyadan vergisiz kənd təsərrüfatı məhsulu idxal etməsinin qarşısındakı məhdudiyyətə son qoyulduğunu bildirib.

742255
Rusiyadan vergisiz kənd təsərrüfatı məhsulu idxal edilməsi ilə əlaqəli məhdudiyyətə son qoyuldu

Rusiyanın Taxıl Birliyinin sədri Arkadiy Zloçevski Türkiyənin Rusiyadan vergisiz kənd təsərrüfatı məhsulu idxal etməsinin qarşısındakı məhdudiyyətə son qoyulduğunu bildirib.

Zloçevski rəsmi məhdudiyyət olmadığını, həmin səbəbə görə rəsmi sənəd də olmadığını, sadəcə vergisiz məhsullara icazə sənədi verən Türk məqamların tələblərinin olduğunu bildirərək qeyd edib ki, 25 faizlik məhsulun gömrük vergisi olmadan idxal edilə biləcəyini, qalanı üçün isə vergi verilməsinin vacibliyini dilə gətirirdilər. Artıq bu tələb yoxdur. Zənnimcə bu durum Rusiyanın Türkiyədən idxalatın qarşısındakı maneələrin götürülməsinə dair imzaların atılmasında yubanma olduğundan mənbələnirdi. Türk rəsmilər özlərini aldadılmış hiss edib qarşı addımlar atmağa başladı. Ancaq problem həll edildikdə məhdudiyyətlərə də son qoyuldu.

Rusiyanın iqtisadiyyat naziri  Aleksy Qruzdev də nazirlər şurasının Türkiyədən pomidordan savayı məhsulların göndərilməsi qarşısındakı maneələrin götürülməsi üçün yaxın zamanda qərar qəbul ediləcəyini qeyd edərək bildirib ki, qarşıdan gələn günlərdə bunun mümkün olacağını gözləyirik, məsələ ilə bağlı fəaliyyətlər davam etdirilir. Pomidor mövzusunda da görüşlər keçiriləcək və gələcək üçün fərqli mexanizmlər müəyyən ediləcək. Ancaq indilik bu mövzu eynilə qalır və gündəmdə öz yerini qoruyur. Bu əlaqəli qurumların və hökumətlərin tədqiq edəcəyi məsələdir.

Qeyd edək ki, may ayında Rusiya prezidenti Vladimir Putin ilə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Soçidə keçirdikləri görüş zamanı qarşılıqlı olaraq məhdudiyyətlərə son qoyulmasına dair qərar qəbul edilmişdi.

Ancaq Rusiya Türkiyə pomidorunun idxalatındakı məhdudiyyətləri, ayrıca Türkiyə vətəndaşlarına viza rejimi tətbiq edilməsi mövzusunu təxirə salmaqda davam edir.



Әlaqәli Xәbәrlәr