Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının sədrinə beynəlxalq vəzifə tapşırıldı

Murat Çetinkaya G20 tərəfindən qurulan Maliyyə Sabitlik Şurası (MSŞ) Orta Şərq və Şimali Afrika üzrə (MENA) Regional Məsləhət Qrupunun (BDG) həmsədri oldu.

733003
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının sədrinə beynəlxalq vəzifə tapşırıldı

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının sədrinın sədri Murat Çetinkaya G20 tərəfindən qurulan Maliyyə Sabitlik Şurası (MSŞ) Orta Şərq və Şimali Afrika üzrə (MENA) Regional Məsləhət Qrupunun (BDG) həmsədri oldu.

MSŞ tərəfindən yayımlanan bəyanata görə, MENA Regional Məsləhət Qrupu Birləşmiş Ərəb Əmirlikləri Mərkəzi Bankının ev sahibliyində Əbu Dabidə bir araya gələrək, bank sistemindəki problemlər, qlobal iqtisadi və maliyyə məsələlərinin bölgəyə göstərə biləcəyi təsirləri və iqtisadiyyatla bağlı regional maliyyə sabitlik məsələlərini müzakirə edib.

Yığıncaqda MENA-BDG-nin həmsədrliyi Səudiyyə Ərəbistanı Mərkəz Bankının sədri Əhməd Alkholifeydən Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının sədri Murat Çetinkayaya keçdi. Çetinkaya 30 iyundan etibarən vəzifəni təhvil alacaq.

Qətər Mərkəzi Bankının sədri Şeyx Abdullah Bin Saud Al Thani də Maliyyə Sabitlik Şurası üzvü olmayan ölkələrin həmsədri təyin edilib.



Әlaqәli Xәbәrlәr