Çinli turistlərin Türkiyəyə rəğbəti

Çinli turistlər ümumilikdə İstanbul, Kapadokiya, Əgə və Antalyanı qarış-qarış gəzirlər.

712804
Çinli turistlərin Türkiyəyə rəğbəti
Antalyanın aspendos ve perga şehri 11.jpg
Antalyanın aspendos ve perga şehri 8.jpg
çinli turistler1.jpg

Dəniz, qum və günəş turizminin əvəzinə mədəniyyət və arxeoloji əsərləri görmək üçün Türkiyəyə gələn çinli turistlər iki həftəlik turlarla İstanbul, Kapadokiya, Əgə və Antalyanı qarış-qarış gəzirlər.

Turistik fəaliyyətlərini hər gün artıran çinli turistlər əsrlərdir müxtəlif mədəniyyətlə ev sahibliyi edən Anadolunu da son illərdə turizm siyahılarına əlavə ediblər.

Mədəniyyət turlarına rəğbət göstərən çinli turistlər İstanbul, Kapadokiya və Əgə ilə yanaşı Antalyanı gəzirlər. Onlar Aspendos və Perge tarixi şəhərlərini gəzərək çoxlu şəkil çəkirlər.

Dünya turizmində daşıdığı əhəmiyyəti hər ötən gün artan Çinin turizm potensiyalından istifadə etmək istəyən Türkiyə keçən il Çindən gələn 167 min 500 turist sayını daha da artırmağı qarşıqa məqsəd qoyub.

Türkiyə Otelçilər Federasiyasının sədri Osman Ayık bildirib ki, çinli turistlər mədəniyyət əsərlərini gəzməyi daha çox sevirlər. Bu zaman da daha çox al-ver edirlər. Ölkəmizə daha çox çinli turistin gəlməsi üçün tədbirlər görülməlidir. Belə olsa bir milyondan çox çinli turisti ölkəmizdə qonaq edə bilərik. Gələcək il Çində “Türkiyə turizm ili” elan edildi. Bu imkan yaxşı dəğərləndirilməlidir.



Әlaqәli Xәbәrlәr