Ukraynalı turistlərin seçimi Türkiyə olur

Türkiyə Otelçilər Birliyinin hesabatına əsasən, Ukraynadan çıxan turist sayı illik 1,5 milyona yaxındır. Onların 75 faizə yaxınının seçimi isə Türkiyə olur.

710364
Ukraynalı turistlərin seçimi Türkiyə olur
antalya, konyaaltı.jpg
antalya, turizm.jpg
kemer2
kuşadası turist isp.jpg

Türkiyə Otelçilər Birliyinin hesabatına əsasən, Ukraynadan çıxan turist sayı illik 1,5 milyona yaxındır. Onların 75 faizə yaxınının seçimi isə Türkiyə olur.

Hesabata görə keçən il rekord səviyyədə inkişaf edən Ukraynadan gələn turist sayının cari ildə sürətlə artacağı gözlənilir.

Türkiyə Otelçilər Birliyi Ukraynanın paytaxtı Kiyevdə keçirilən Ukrayna Beynəlxalq Turizm və Səyahət Sərgisindən (UITT) sonra hazırladığı, bazarla əlaqəli gözlənti və nəzərə alınan faktları əhatə edən hesabatında keçən il Ukraynadan Türkiyəyə gələn turist sayında maksimum səviyyəyə çatıldığını, bununla da indiyədək bu sahədə rekord vurulduğunu bəyan edib.

Qeyd edək ki, Ukraynadan Türkiyəyə gələn turist sayı sabit səviyyədəki artımla keçən il 1 milyonu ötmüşdü.



Әlaqәli Xәbәrlәr