İngiltərə İraqa kredit ayırdı

Əbdürrəzzaq İsa: "Hökumətimiz beynəlxalq özəl şirkətlərlə razılaşaraq investisiya layihələrini həyata keçirməyi planlaşdırır."

685003
İngiltərə İraqa kredit ayırdı

  İraq 12 milyard dollar kredit almaq üçün İngiltərə ilə ilkin müqavilə mətnini imzaladı.

  İraq Maliyyə naziri Əbdürrəzzaq İsa və İngiltərənin İraq üzrə səfiri Frank Baker paytaxt Bağdaddakı Maliyyə Nazirliyi binasında 12 milyard dollarlıq kredit üçün ilkin müqavilə mətniə bağlı razılığa gəldilər və imza atdılar.

  Əbdürrəzzaq İsa: "Hökumətimiz beynəlxalq özəl şirkətlərlə razılaşaraq investisiya layihələrini həyata keçirməyi planlaşdırır. İqtisadi böhran hökuməti yerli və xarici özəl şirkətlərlə kredit müqavilələri imzalamağı tələb edir. Bu kreditlərlə Bağdad və digər şəhərlərə sərmayə qoyuılacaq”, - deyib.

  Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının 2003-cü ildəki işğalından sonra başlanan müharibə və son iki ildir terror təşkilatı DAEŞ-ə qarşı aparılan mübarizə İraqın infrastrukturunu böyük ziyana uğradıb.



Әlaqәli Xәbәrlәr