Türk lirəsinin dollara görə dəyərindəki müsbət irəliləyiş

Türk lirəsi təxminən 11 ay fasilədən sonra 3 həftə ard-arda dollara görə dəyər qazandı.

677063
Türk lirəsinin dollara görə dəyərindəki müsbət irəliləyiş

Türk lirəsi fevralın əvvəlindən dünənki qapanışa qədər dollara görə 3,83 % yüksəlincə inkişaf etməkdə olan ölkələr içində ən yaxşı göstəricisi olan pul vahidi olub.
 
 TL təxminən 11 ay fasilədən sonra 3 həftə ard-arda dollara görə dəyər qazandı.
 
İlə 3,52 tl səviyyələrindən başlayan dollar dünya  bazarlarında artan tələbatla 11 yanvarda 3,9422 tL səviyyələrinə qədər yüksəlsə də, Türkiyə Respublika Mərkəzi Bankının (TCMB) bazara  müdaxilələri ilə ucuzlaşmağa başladı və 14 mart 2016-cı ildən etibarən ilk dəfə 3 həftə ard-arda ucuzıaşdı.
 
Dolların ucuzlaşma tendensiyası bu həftə də davam edir. Belə ki, həftənin ilk iş günündə  3,6132 tl olan dollar 5 ayın ən aşağı səviyyəsinə düşdü.
 
 Hollandiyada  "Rabobank"ın yanvarın 30-da yaydığı hesabatda  dolların 3,59 tl səviyyələrinə qədər düşəcəyi barədəki proqnozları özünü doğrultmağa başlayır.



Әlaqәli Xәbәrlәr