Türkiyəyə xarici sərmayə axışı davam edir

Türkiyədə 2016-ci ildə beynəlxalq birbaşa investisiyaların 56% Fətullahçi Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (fəto / PDY)-nin uğursuzluqla nəticələnən 15 iyul çevriliş cəhdindən sonra həyata keçirilib

673486
Türkiyəyə xarici sərmayə axışı davam edir

 Bunu Baş nazirliyin Türkiyə İnvestisiya Dəstək və Təqdimat Agentliyinin sədri Arda Ermut deyib. Agentliyin rəhbəri Ermud mövzu ilə əlaqəli verdiyi açıqlamad, bütün çətinliklərə baxmayaraq keçən ilin son rübündə iqtisadiyyatda güclü dirçəliş müşahidə olunduğuna diqqət çəkib. Ölkəyə 3,6 milyard dollar investisiyanın daxil olduğunu bildirib.

Ermutun sözlərinə görə 2016-cı ildə beynəlxalq birbaşa investisiyaların 56%-i, 15 İyul çevriliş cəhdindən sonra həyata keçirilib. 7 ayın, orta hesabına görə hər ay ölkəyə daxil olan xarici investisiya həcmi 900 milyon dolar, son 5 ayın orta hesabına görə isə aylıq 1 milyard 162 milyon dollar olub. 2016-ci ildə ən çox investisiya edilən ay isə 1,9 milyard dollar ilə Dekabr ayı qeydə alınıb. Bu rəqəm eyni zamanda son 17 ayda  Türkiyəyə  gələn ən yüksək beynəlxalq birbaşa investisiya sərmayəsi hesab edilir. Rəqəmlər göstərir ki, çevriliş cəhdindən sonra birbaşa xarici sərmayələrdə azalma yox, artım olub.

 



Әlaqәli Xәbәrlәr