Türkiyədən Fransaya avtobus ixracatı davam edir

Yerli firma olan TEMSA, yanvar ayında Fransaya 22 avtobus təhvil verib.

666782
Türkiyədən Fransaya avtobus ixracatı davam edir

Fransa, 66 ölkəyə ixracat reallaşdıran TEMSA-nın ən güclü bazarları arasında iştirak edir. 2016-ci ildə bu ölkəyə 179 avtobus ixrac edilib.

TEMSA-nın İxracat işləri üzrə direktoru Kadri Özgünəş, Fransalı nəqliyyatçıların seçimlərinin TEMSA şirkətinin buraxdığı avtobuslar olduğunu, indiyə dək bu ölkəyə 5 minə qədər avtobus ixrac etdiklərini bildirib.

Kadri Özgünəşin sözlərinə görə TEMSA-nın Türk işçiləri və mühəndislərinin əməyi ilə buraxdığı avtobuslar dünyanın 66 ölkəsində istifadə edilir. Özgünəş vurğulayıb ki, TEMSA, keçmişdə olduğu kimi bundan sonra da ölkəmizin fəxr edilən müəssisələri arasında yer tutmaqda davam edəcək.



Әlaqәli Xәbәrlәr