“Türkiyə Varlıq Fondu”na verilən şirkətlər

Qərar “Rəsmi Gazetə”də dərc olunub.

665753
“Türkiyə Varlıq Fondu”na verilən şirkətlər

Türkiyədə dövlət xəzinəsinin məsuliyyətində olan dövlətin sərmayə verdiyi bəzi şirkətlər ilə özəlləşdirmə proqramında olan bir sıra şirkətlərə məxsus səhmlər Nazirlər Şurasının qərarı ilə “Türkiyə Varlıq Fondu”na təhvil verilib.

Bununla bağlı qərar “Rəsmi Gazetə”də dərc olunub.

Qərara əsasən “Ziraat Bank”, “Türkiyə Petrolləri Anonim Ortaqlığı”, “Borsa İstanbul", “Türksat” səhmləri, “Türk Telekommunikasiya”nın xəzinəyə məxsus səhmləri, “Eti Madən” müəssisəsi və “Çay İşlədmələri Müdirliyi” “Türkiyə Varlıq Fondu”na verilib.

Bu qərarın tətbiq edilməsi ilə əlaqəli ortaya çıxa biləcək tərəddütləri aradan qaldırmaq və lazım olduqda tətbiq əsaslarını müəyyən etmək işində səlahiyyətli Baş nazir olub.

Həmçinin mülkiyyəti Dövlət Xəzinəsinə məxsus Antalya, Aydın, İsparta, İzmir, Kayeri və Muğlada olan bəzi əmlakın yenə “Türkiyə Varlıq Fondu”na verilməsi qərara alınıb. Bunlarla bağlı işlər yekunlaşanadək əmlakların idarəsi Maliyyə Nazirliyinin öhdəsində olacaq.



Әlaqәli Xәbәrlәr