Turistlərin Qara dənizə rəğbəti çay ixracatını da artırdı

Şərqi Qara dəniz İxracatçılar Birliyi məlumat yayıb.

656945
Turistlərin Qara dənizə rəğbəti çay ixracatını da artırdı

Körfəz ölkələrindən gələn ərəb turistlərin Türkiyənin Şərqi Qara dəniz bölgəsinə göstərdikləri rəğbət bölgədə turist sayının artması ilə yanaşı “Türk çayı” ixracatının artmasına da imkan yaradır.

Şərqi Qara dəniz İxracatçılar Birliyinin məlumatına əsasən Türkiyədən Körfəz ölkələrinə son 6 ildəki ixracat miqdar olaraq 25 faiz, qiymət olaraq isə 31 faiz artıb.

Türkiyədən Körfəz ölkələrinə edilən və 6 ildir artmaqda davam edən Türk çayı ixracatında keçən il 532 min kiloqramla İraq ilk yeri tutub. İraqı Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, İran, Oman və Bəhreyn izləyib.

Keçən il bu ölkələrə cəmi 660 min 798 kiloqram çax ixrac edilərək, müqabilində isə 2 milyon 719 min 433 dollar gəlir əldə edilib.

Şərqi Qara dəniz İxracatçılar Birliyinin sədri Əhməd Hamdi Gürdoğan çayın Qara dənizin ən önəmli kənd təsərrüfatı məmullarından olduğunu söyləyib.

Şərqi Qara dənizə son illərdə Körfəz ölkələrindən gələn turistlərin artmasının  turizmlə yanaşı bölgə iqtisadiyyatının digər sahələrinə də töhfə verdiyini bildirən Gürdoğan bildirib ki, bu sahələrdən biri də Türk çayı ixracatıdır.



Әlaqәli Xәbәrlәr