Türkiyənin 2017-ci il Büdcə Qanunu qəbul edildi

3 noyabrda başlayan büdcə müzakirələri sona çatdı: 2017-ci ilin Büdcə Qanunu Türkiyə Böyük Millət Məclisi Plan və Büdcə Komissiyasında qəbul olundu.

618121
Türkiyənin 2017-ci il Büdcə Qanunu qəbul edildi

  Nazirlik və təşkilatların büdcəsi müəyyən edildi.

  Layihə çərçivəsində təşkilatlara ümumi halda 645 milyard lira vəsait ayrıldı.

  2017-ci il büdcə xərcləmələrində ictimai sərmayələrə dəstək ön plandadır. Bu sırada ən böyük pay yenə təhsilindir.

  Təhsilə 122 milyard lira ayrıldı.

  İkinci sırada 111 milyard lira ilə səhiyyə xərcləri var.

  Layihə çərçivəsində ümumi büdcə gəlirlərinin təxminən 598 milyard, büdcə kəsirinin isə 46,9 milyard lira olacağı təyin edildi.

  Layihənin 5 dekabrda Məclisin ümumi iclasında bir də nəzərdən keçiriləcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr