“Bir müddət seçki-filan olmayacaq”, B.Yıldırım

Binəli Yıldırım Türkiyənin gələcəyilə bağlı qeyri-müəyyənlik olmadığını bu sözlərlə bildirdi.

611476
“Bir müddət seçki-filan olmayacaq”, B.Yıldırım

  Türkiyənin Baş naziri Binəli Yıldırım ölkənin İqtisadiyyat Nazirliyi və Türkiyə İxracatçılar Məclisinin (TİM) təşkilatçılığıyla keçirilən “İxracat Zirvəsi 2016” toplantısında etdiyi çıxışında Türkiyənin gələcəyilə bağlı qeyri-müəyyənlik olmadığını bu sözlərlə ifadə etdi: “Qeyri-müəyyənlik varmış kimi fikirlər yaratmağa çalışanlar var. Biz bu gün Türkiyənin qarşısında qalan hökumət sistemini və mövcud Konstitusiyanı uyğun bir vəziyyətə gətirmək istəyirik. Bu da çox böyük dəyişiklik demək deyil. Az bir dəyişiklik olacaq, sonra qərarı referenduma - millətin ixtiyarına verəcəyik. Bir müddət ölkədə seçki-filan olmayacaq, 2017-də də, 2018-də də, 2019-da da."

  İqtisadiyyatın güvən və sabitlik şəraitində inkişaf edəcəyini də vurğulayan Baş nazir onu da dedi ki: “Onlar zənn etdi ki, 15 İyul çevriliş cəhdi Türkiyədə hər şeyi alt-üst edəcək, iqtisadi sabitlik pozulacaq, cəmiyyətdə qarışıqlıq, narahatlıq meydana gələcək, amma hesabları tutmadı… Qarşıdakı il daha gözəl olacaq."



Әlaqәli Xәbәrlәr