Məşhur iş adamı İshak Alaton dünyasını dəyişdi

O, 1998-2012-ci illər arasında Cənubi Afrika İstanbul Fəxri Baş səfiri olmuş, İsveç Birinci Sinif Şimal Ulduzu Nişanı və İspaniya Kral Vətəndaş Ləyaqət ordeni almışdı

569782
Məşhur iş adamı İshak Alaton dünyasını dəyişdi

  Türkiyə sənayesinin inkişafında əhəmiyyətli rol oynamış məşhur iş adamı İshak Alaton İstanbulda müalicə aldığı xəstəxanada həyatını itirdi.

  89 yaşında dünyasını dəyişən İshak Alaton iş həyatına 1951-ci ildə İsveçdə bir lokomotiv zavodunda qaynaqçı kimi başlamışdı. Sonra eyni fabrikdə texniki rəssam olaraq 2 il çalışıb. 1954-cü ildə Türkiyəyə döndükdən sonra Üzeyir Qarihlə birlikdə Alarko Kollektiv Şirkətini qurur.

  Alarko Holdinq İdarə Heyətinin sədri vəzifəsini 2015-ci ilə qədər davam etdirən İ.Alaton daha sonra Alarko Holdinqin fəxri sədri olaraq qalır.

  İshak Alaton Türkiyə Sosial və İqtisadi Etüdlər Cəmiyyəti və Açıq Cəmiyyət Fondunun qurucularındandır. O, 1998-2012-ci illər arasında Cənubi Afrika İstanbul Fəxri Baş səfiri olmuş, İsveç Birinci Sinif Şimal Ulduzu Nişanı və İspaniya Kral Vətəndaş Ləyaqət ordeni almışdı.



Әlaqәli Xәbәrlәr