Qətərdə “kəmər sıxma” siyasəti

Neftin qiymətinin son iki ildə ucuzlaşması Qətərin iqtisadiyyatına da mənfi təsir göstərib.

563793
Qətərdə  “kəmər sıxma” siyasəti

Neftin qiymətinin son iki ildə ucuzlaşması Qətərin iqtisadiyyatına da mənfi təsir göstərib.

Qətər hökuməti keçən ildən bəridir “kəmər sıxma” siyasətini tətbiq edir.

Benzinə tətbiq edilən maddi yardımlar məhdud edilib.

“Reuter” agəntliyinin məlumatına əsasən, dövlət idarələrində işçilərdən  daha ucuz biletlə uçmaları, otaqlarını digər işçilərlə böləşmələri, mümkün qədər qənaət etmələri istənir. Dövlət idarələrində alınan qəzet və jurnallar belə məhdud edilib.

Ölkədə bəzi nazirliklər qənaət məqsədi ilə birləşdirilib. Artıq qətərli işçilərin əksəriyyəti həm əmək haqqı alıb həm də başqa ölkələrdə aspiranturaya daxil ola bilməyəcəklər.

Qətər iqtisadiyyatda inkişaf hədəfini də düşürüb.

Qətərin gördüyü tədbirlərin ən çox ölkədəki əcnəbi işçilərə təsir etdiyi, minlərləsinin işsiz qala biləcəyi nəzərə alınıb.



Әlaqәli Xәbәrlәr