Türkiyə iş dünyası Fövqəladə Vəziyyət qərarına münasibət bildirib

İş dünyası təşkilat və nümayəndələri Nazirlər Kabinetində verilən Fövqəladə Vəziyyət qərarının Türkiyənin dincliyi və dövlətin möhkəmliyinə görə yerində verilmiş bir qərar olduğunu bildiriblər

533927
Türkiyə iş dünyası Fövqəladə Vəziyyət qərarına münasibət bildirib
İbrahim Burkay.jpg
Ali Kopuz.jpg

  İstanbul Ticarət Palatasının sədri İbrahim Çağlar deyib: "Fövqəladə dövr  fövqəladə rəhbərliyi tələb edir. İş dünyası olaraq fövqəladə şərtlərin yalnız fövqəladə tədbirlərlə aradan qaldırılacağını bilirik. Vətəndaş xalqa atəş açan terror mənsublarının kökünün bu qərar sayəsində çox sürətlə təmizlənəcəyinə inanırıq. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və hökumətin göstərdiyi mətanət Türkiyənin gələcəyinə inamı artırır. Fövqəladə Vəziyyətlə bağlı millətin azad iradəsi bir daha belə qaranlıq günlərlə üz-üzə gəlməyəcək. Bu müddətdə iş dünyası da fövqəladə səy göstərib var gücüylə işinə davam edəcək.” 

  İstanbul Ticarət Birjasının (İSTİB) sədri Əli Kopuz Nazirlər Kabinetinin 3 ay müddətinə fövqəladə vəziyyət qərarına yazılı şərh verərək belə münasibət bildirib: "Hörmətli dövlət başçımızın rəhbərliyilə toplanan Nazirlər Kabineti nə lazımsa, onu etdi. Bu qərar demokratiya və respublikaya qarşı təhdidlərin hələ sona çatmadığından xəbər verir. Beynəlxalq dərəcələndirmə təşkilatlarının bir-birinin ardınca şərhləri çevrilişin iqtisadiyyat ayağının da hərəkətə keçdiyini göstərir”. 

  Bursa Ticarət və Sənaye Palatası (BTSO) İdarə heyətinin sədri İbrahim Burkay da Fövqəladə Vəziyyət elan edilməsinin Türkiyəni daha güclü demokratiya və etibarlı hüquq sisteminə qovuşduracağını yazılı şərhində söyləyib: “Fətullahçı Terror Təşkilatının çevriliş təşəbbüsü yaradılması istənilən xaos ssenariləri Türkiyəni hədəflərindən əsla uzaqlaşdıra bilməyəcək. Ortaya çıxan təhdidləri ən sürətli şəkildə aradan qaldırmaq məqsədiylə dövlət başçısı Ərdoğan tərəfindən açıqlanan Fövqəladə Vəziyyət qərarı Türkiyə millətinin hər bir fərdinin haqq və azadlıqlarının qorunmasıyla yanaşı milli hədəflərə çatmaq üçün möhkəm bir zəmin meydana gətirəcək.” 



Әlaqәli Xәbәrlәr