Türkiyə iqtisadiyyatı güclü olan bir ölkədir
Ölkənin bu güclü sistemi Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyundakı çevrilişə cəhdinin mənfi təsirlərinə qarşı öz gücünü qoruyub saxladı.
Türkiyə iqtisadiyyatını və banklarla əlaqəli sistemini islahatlarla gücləndirən bir ölkədir. Ölkənin bu güclü sistemi Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyundakı çevrilişə cəhdinin mənfi təsirlərinə qarşı öz gücünü qoruyub saxladı.
Mərkəzi qərargahı Londonda yerləşən beynəlxalq maliyyə quruluşları da Türkiyənin iqtisadiyyatındakı güclü makroiqtisadi göstəricilərə diqqət çəkirlər.
Həmin quruluşlardan olan Nomurada vəzifəli Timothy Aş Anadolu xəbər agentliyi müxbirinin suallarına cavab verərək, çevrilişə cəhdin uğursuz olmasından sonra qərbli maliyyə quruluşların davamlı olaraq risklərə diqqət çəkməsinin mənasız olduğunu söyləyib.
Aş 1999-cu ildən bəridir izlədiyi Türkiyə iqtisadiyyatının makro təməllərinin xeyli güclü olduğunu vurğulayıb.
London Kapital Qrupda vəzifəli strateq İpək Özkardeşkaya isə deyib ki, əgər çevrilişə cəhd uğurlu olsaydı birja ilə yanaşı dövlət istiqraz bazarı və Türk lirəsi ciddi satış təzyiqinə məruz qala, ödəniləcək pul və digər bir sarı sahələrdə maliyyə böhranı ssenariləri ortaya çıxa bilərdi. Türkiyə ciddi bir fəlakətin astanasından döndü.
Әlaqәli Xәbәrlәr
İstanbulu 2024-cü ilin ilk üç ayında üç milyondan çox turist ziyarət edib
İstanbula gələn əcnəbi turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,22 faiz artıb.