Brexit: immiqrasiya və Avropa bazarlarına çıxış

Beynəlxalq kredit korporosiya dərəcələndirmə qurumu olan “Fitch Ratings” Agentliyinin Ölkə Dərəcələri İdarəsinin rəhbəri Ceyms Makkormak (James McCormack) İngiltərənin Avropa İttifaqından ayrılmasıyla bağlı Brexit müzakirələrinin başlandığını bildirib

525397
Brexit: immiqrasiya və Avropa bazarlarına çıxış

  C.Makkormak “Fitch Ratings” saytında verdiyi "Qlobal perspektivlər" adlı məqaləsində Brexit müzakirələrilə bağlı deyib: "Müzakirələr sürətlə başlasa da, uzun və mübahisəli olacağı görünür. Ehtimala görə, axsamalar və hətta ləğv edilməyə məruz qalacaq vəziyyət belə yarana bilər… İngiltərə Avropa İttifaqından ayrıldığını qətiləşdirməsinə baxmayaraq, çıxış prosesi qeyri-müəyyəndir… Zaman söyləmək kritik bir məsələdir. İngiltərə iqtisadiyyatına təsir edəcək bu qeyri-müəyyənliyin nə qədər sürəcəyi, ayrılığın faydalarını nə dərəcədə görüb-görməyəcəkləri hələ məlum deyil. Bu, Avropa İttifaqı üçün uzun bir müzakirə müddəti olacaq… Diplomatiyanın nüanslarla dolu dünyasında Avropa İttifaqı liderlərindən gələn hər hansı bir şərh rəsmi mövqeyi müəyyənləşdirmək, gücləndirmək və ya müzakirələrin elastiklik sərhədlərini çəkmə niyyətini daşıyır. Amma müzakirələrdə ən əsas və mühüm məsələlər immiqrasiya və Avropa bazarlarına çıxışdır”.



Әlaqәli Xәbәrlәr