Türkiyədə bahalı avtomobillər daha çox satılır

Avtomobil satışları 2016-ci ilin ilk 6 ayında keçən bir il ərzində isə 3,24 faiz artaraq 338 min 482-ə yüksəlib

522703
Türkiyədə bahalı avtomobillər daha çox satılır

  Türkiyə avtomobil və yüngül ticarət maşını bazarlarında satışlar 2016-cı ilin ilk 6 ayında əvvəlki ilin 6 ayı ilə müqayisədə 1,45 faiz artaraq 438 min 817 olub.

  Avtomobil satışları 2016-ci ilin ilk 6 ayında keçən bir il ərzində isə 3,24 faiz artaraq 338 min 482-ə yüksəlib.

  Avtomobil və yüngül ticarət maşını bazarı bu ilin iyun ayında keçən ilin eyni ayına nisbətən 6,25 faiz artıb.

  2016-ci ilin iyunun sonuna qədər 1600 CC mühərrik gücünə malik avtomobillərin satışları 3,82 faiz, 1600-2000 CC olanların 5,27 və 2000 CC-dən yuxarı maşınlarda isə 26,23  faiz artım qeydə alınıb.



Әlaqәli Xәbәrlәr