Neft ucuzlaşıb
Dünya bazarında neftin qiyməti aşağı düşüb.
502628
Dünya bazarında neftin qiyməti aşağı düşüb. Nyu-York birjasında WTI markalı xam neftin qiyməti 0,32 dollar yaxud 0,65% ucuzlaşaraq 49,01 dollar/barel təşkil edib.
London birjasında isə "Brent" markalı neft 0,17 dollar və ya 0,34% ucuzlaşaraq 49,72 dollar/barelə bərabər olub.
Dünya bazarında Azərbaycan neftinin qiyməti yenidən ucuzlaşıb. "Azeri Light" markalı xam neftin bir barelinin qiyməti 1,22 dollar və yaxud 2,37 % ucuzlaşıb. Hazırda "Azeri Light"ın bir barelinin qiyməti 50,33 dollara satılır.