Dövlət borcu alt indeksinə görə Qazaxıstan 140 ölkə arasında 12-ci sıradadır

1 yanvar 2016 tarixinə qədər ölkənin xaricə ümumi borcun 26 milyard 600 milyon dollardır

493938
Dövlət borcu alt indeksinə görə Qazaxıstan 140 ölkə arasında 12-ci sıradadır

  Qazaxıstanın Maliyyə naziri Bahıt Sultanov 1 yanvar 2016 tarixinə qədər ölkənin xaricə ümumi borcunun 26 milyard 600 milyon dollara çıxdığını bildirib.

  Sultanov Məclis iclasında 2015-ci ilin büdcə hesabatı ilə əlaqədar etdiyi çıxışında deyib: “Dünya İqtisadi Forumunun Qlobal Rəqabət İndeksi 2015-2016 hesabatı"nda dövlət borcu alt indeksinə görə Qazaxıstan 140 ölkə arasında 12-ci sıradadır".

  B.Sultanov ölkənin borcunun gəlirə olan nisbətdə 10 faizdən aşağı yer almasını “etibarlı vəziyyət” kimi qiymətləndirib.



Әlaqәli Xәbәrlәr