"Standard & Poor's" agentliyi Türkiyənin beynəlxalq reytinqini qaldırdı

S&p beynəlxalq reytinq agentliyi Türkiyənin beynəlxalq reytinqini bir pillə qaldırdı

485918
"Standard & Poor's"  agentliyi Türkiyənin beynəlxalq reytinqini qaldırdı

Beynəlxalq reytinq agentliyi "Standard & Poor's" (S&p), Türkiyənin xarici valyuta üzrə kredit reytinqini "BB+", yerli valyuta üzrə kredit reytinqini "bbb-" səviyyəsində təstiqlədi və reytinq üzrə proqnozunu isə "neqativ"dən  "sabit"ə dəyişdi..
 
 S&p-nin hesabatında  Türkiyənin 2015-ci il seçkilərinə, Həll Prosesinin yekunlaşmasına, artan regional problemlərə və bazarlardakı zəif investisiyalara müqavimətinə diqqət çəkilərək, bu səbəbdən Türkiyənin reytinq üzrə proqnozunun "neqativ"dən "sabit"ə qaldırıldığı bildirilir.
 

Hesabatda 2015-ci ildə güclü istehsalçı tələbatının neftin ucuz qiymətləri ilə də dəstəkləndiyi ifadəə olunur.


 Cari kəsirin 2015-ci ildə Ümumi Daxili Məhsulun 4,5 % səviyyəsinə qədər gerilədiyi vurğulandığı hesabatdaTürkiyə iqtisadiyyatının 2016-ci ildə 3,4 %  artmasının gözlənildiyi qeyd olunur.

 

 



Әlaqәli Xәbәrlәr