Azərbaycan nefti 5%-ə yaxın ucuzlaşdı

Mayın 3-də London əmtəə birjasında keçirilmiş hərraclarda neftimizin 1 barreli 45,81 dollara satılıb.

483871
Azərbaycan nefti 5%-ə yaxın ucuzlaşdı

Dünya bazarında neftin qiyməti 45 dollardan aşağıdır. London əmtəə birjasında “Brent” markalı neftin 1 barreli 0,05 dollar və yaxud 0,11% ucuzlaşaraq 44,92 dollara, Nyu-York birjasında isə “WTI” markalı qara qızılın hər barreli 0,01 dollar və yaxud 0,02% bahalaşaraq 43,66 dollara satılıb. 

Azərbaycan Dövlət Neft Şirkətnin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi “Azeri Light” markalı Azərbaycan neftinin qiymətini açıqlayıb. Mayın 3-də London əmtəə birjasında keçirilmiş hərraclarda neftimizin 1 barreli 45,81 dollara satılıb. Bu, mayın 2-də qeydə alınmış qiymətdən 2,13 dollar və yaxud 4,44% azdır.


Etiketlәr: #neft

Әlaqәli Xәbәrlәr