Çinin nəhəng bankı Türkiyədə fəaliyyətə başlayacaq

Çinin nəhəng bankına Türkiyədə fəaliyyət göstərməyə icazə verilib.

483203
Çinin nəhəng bankı Türkiyədə fəaliyyətə başlayacaq

Çinin nəhəng bankına Türkiyədə fəaliyyət göstərməyə icazə verilib.

Baş nazir müavini Mehmet Şimşək Bank Tənzimləmə və Nəzarət heyəti (BDDK) tərəfindən dünyanın ən böyük banklarından “Bank of China”nın (BOC) Türkiyədə fəaliyyət göstərməsinə icazəsi verildiyini bildirib.

Şimşək, “Bank of China”nın Türkiyədə fəaliyyət göstərmək üçün yanvar ayında BDDK-ya icazə üçün  müraciət etdiyini, Assambleyanın isə dünənki yığıncaqda müraciətin müsbət qarşılandığını söyləyib.

“Bank of China”nın dünyanın ən böyük 7-ci bank olduğuna diqqət çəkən Şimşək müraciətin Türkiyəyə olan xarici əlaqəsinin əhəmiyyətli bir göstəricisi olduğunu ifadə edib.

Bankın mərkəzinin İstanbulda olacağını bildirən Mehmet Şimşək Bank Qanununa uyğun olaraq “Bank of China”nın 9 ay ərzində fəaliyyətə başlayacağını ifadə edib.

Türkiyədə bank sektorunun rəqabət səviyyəsinin olduqca yüksək olduğunu vurğulayan Şimşək Çin bankının sektora girişinin rəqabəti artıracağını bildirib.  



Әlaqәli Xәbәrlәr