Neft yenidən ucuzlaşmağa başladı

London əmtəə birjasında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 44,43 dollara satılıb.

474369
Neft yenidən ucuzlaşmağa başladı

Küveytdə neft istehsal edən fəhlələrin tətili dayandırması dünya bazarında neftin yenidən ucuzlaşmasına səbəb olub. Məlumata görə, London əmtəə birjasında “Brent” markalı neftin 1 barrelinin qiyməti 0,88 dollar və yaxud 2% azalaraq 43,15 dollar təşkil edib. Nyu-York birjasında isə “WTI” markalı qara qızılın hər barreli 0,97 dollar və yaxud 2,36% ucuzlaşaraq 40,11 dollar təşkil edib.

Aprelin 19-da London əmtəə birjasında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 44,43 dollara satılıb. Məlumata görə, bu, aprelin 18-də qeydə alınmış qiymətdən 1,01 dollar və 2,33% çoxdur.


Etiketlәr: #Neft , #Brent , #Azeri Light

Әlaqәli Xәbәrlәr