Moody's Türkiyənin kredit reytinqini dəyişdirmədi

Moody's Beynəlxalq Reytinq Agentliyi Türkiyənin kredit reytinqi ilə bağlı qərarını açıqladı.

467487
Moody's Türkiyənin kredit reytinqini dəyişdirmədi

Moody's Türkiyənin kredit reytinqini dəyişdirmədi.

Agentlik Türkiyənin kredit reytinqini Baa3 səviyyəsində və neqativə olaraq müəyyənləşdirdi.

Beləliklə, Türkiyənin balı "investisiya qoyula bilər" səviyyəsində qalmağa davam etdi.

İqtisadçılar Moody's-in Türkiyə dəyərləndirməsində bir dəyişikliyin edilməyəcəyini, kredit reytinqi və mənzərənin təsdiq ediləcəyini nəzərdə tuturdular.

Moody's Türkiyənin kredit reytinqini 2013-cü ilin mayında "investisiya qoyula bilər" səviyyəyə çıxarmış, 2014-cü ilin əvvəlində isə Türkiyənin proqnozunu neqativə dəyişmişdi.

Ancaq kredit reytinqi agentlikləri qərar verərkən ideoloji,və siyasi yanaşmadan qaça bilmirlər və bu reaksiyalara səbəb olur.

Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və ölkənin iqtisadiyyat üzrə ekspertləri tez-tez bu məsələni gündəmə gətirirlər.



Әlaqәli Xәbәrlәr