Dünyanın ən iri investisiya fondu yaradılır

Səudiyyə Ərəbistanı dünyanın ən iri investisiya fondunu yaradır.

462929
Dünyanın ən iri investisiya fondu yaradılır
Ucuz neft dövrünə hazırlaşan Səudiyyə Ərəbistanı dünyanın ən iri suveren investisiya fondunu yaratmaq niyyətindədir. Bu barədə krallığın şahzadəsi, müdafiə naziri Məhəmməd bin Salman bildirib. Onun sözlərinə görə, "Public Investment Fund" (PIF) adlanacaq fond krallığın bütün aktivlərini özündə birləşdirəcək. PIF-in aktivlərinin ümumi həcmi 2 trilyon dollar təşkil edəcək. Nazir qeyd edib ki, nefti 1 barrelinin dəyəri hətta 10 dollara enərsə, fondun bazar dəyəri 2,5 trilyon dollar təşkil edəcək.​


Әlaqәli Xәbәrlәr