Rusiya "Türk Axını layihəsi"

Livingston Gazpromun Türk Axını layihəsi üçün əlaqələrin yaxşılaşacağı təqdirdə layihədə çox ciddi dəyişikliklər olmayacağını bildirib.

461551
Rusiya "Türk Axını layihəsi"

Brüssel Carnegie İnstitutu Enerji mütəxəssisi David Livingston, Rusyadan Almaniyaya Baltik dənizi altından cəmi 55 milyard metrkub təbii qaz ötürülməsi planlaşdırılan Şimal Axını layihəsinin ləğv edildiyi təqdirdə Rusiyanın Türk Axınına olan ehtiyacının daha da artacağını qeyd edib.

Livingston Gazpromun Türk Axını layihəsi üçün əlaqələrin yaxşılaşacağı təqdirdə layihədə çox ciddi dəyişikliklər olmayacağını bildirib.

Rusiyanın hal hazırda böyüyən yeganə bazar sahibi Çinə bağlı olduğunu qeyd edən Livingston bildirib ki, Şimal Axımı layihəsi ləğv edilsə, Rusiya uzun müddət ərzində Türk Axınına ehtiyacı olacaq.

Xəzər Stratejik İnstitutu Baş katibinin müavini Emin Axundzadə, Rusiyanın bu layihədə tək söz sahibi olmaq istədiyini və Türkiyəni coğrafi üstünlüyü səbəbilə sadəcə tranzit ölkə olaraq istifadə etmək istədiyini bildirib.

Bu vəziyyətin Türkiyənin məqsədlərinə uyğun olmadığını qeyd edən Axundzadə bildirib ki, Türkiyə enerji sahəsində vacib söz sahibi olmaq, əlavə dəyər yaratmaq və uzun müddətli enerji mərkəzinə çevrilmək istəyir. Bu səbəbdən də enerji layihələrində dəyər zəncirinin hər halqasında yer almaq Türkiyənin başlıca hədəflərindən biridir.

Gazprom İdarə Heyəti üzvü Oleg Aksyutin, 18 martda Türk Axını layihəsində dəqiq bir tarixin müəyyən edilməsi üçün Türkiyə və Rusiya arasındakı əlaqələrin normallaşmasını gözlədiklərini bildirib.

Eyni gün Kremlin mətbuat nümayəndəsi Dmitriy Peskov, 2014-cü ildə ləğv edilən Cənub Axın Təbii Qaz Boru Xətti layihəsi ilə bağlı "Layihə, Avropa Komissiyasının düzgün olmayan strategiyası ilə əlaqədar dəyandırılmışdı və hal hazırda hər hansı bir iş görülmür" deyə açıqlama vermişdi.

Türkiyə Cənub Qaz koridoru layihəsinin istehsal hissəsi olan Şah Dəniz Təbii Qaz sahəsində 6 saziş üzvünün arasında 19 faizlik hissə sənədi ilə ən çox paya sahib olan ikinci hissədar vəziyyətindədir.

Türkiyə koridorun daşınma hissəsi olan Cənub Qafqaziya Boru Xəttində 19 faiz, TANAP boru xəttində isə 30 faiz paya sahibdir.



Әlaqәli Xәbәrlәr