ASELSAN-ın ixracı artır

63 ölkənin Hərbi Elektron Təhlükəsizlik Sənayesini ASELSAN təmin edir.

456002
ASELSAN-ın ixracı artır

63 ölkənin Hərbi Elektron Təhlükəsizlik Sənayesini ASELSAN təmin edir.

1975-ci ildə Türk Silahlı Qüvvələrinin rabitə və cihaz təlabatının təmin edilməsi məqsədi ilə qurulan Türk Silahlı Qüvvələrini Gücləndirmə Fondu nəzdində fəaliyyət göstərən "ASELSAN" şirkətinin keçən ilki satışının 5-də birini xaricə satdığı mallar təşkil edib.

Bəhreyn, Çili və Vyetnama ilk dəfə satış həyata keçirən şirkət mal ixrac etdiyi ölkələrin sayını 63-ə çatdırıb.

ASELSAN-ın satışı keçən il, ondan əvvəlki illə müqayisədə təxminən 10 faiz artaraq 2 milyard 535 milyon lirədən 2 milyard 780 milyona çatıb.

Satışın 52 faizini Türk Silahlı Qüvvələri (TSK), 28 faizini özəl və digər korporativ təşkilatlar təşkil edib, qalan 20 faizi isə ixracın payına düşüb.



Әlaqәli Xәbәrlәr