Türkiyə xarici investisiyanın mərkəzinə çevrilib

Son vaxtlarda baş verən terror hadisələrinə baxmayaraq bir çox xarici şirkət Türkiyəyə sərmaye qoymağa davam edir.

453403
Türkiyə xarici investisiyanın mərkəzinə çevrilib

Türkiyə xarici investisiyanın mərkəzinə çevrilib.

Son vaxtlarda baş verən terror hadisələrinə baxmayaraq bir çox xarici şirkət Türkiyəyə sərmaye qoymağa davam edir.

Xarici investorlar Türkiyədə son 3 ayda avtomobil, turizm, inşaat və nəqliyyat sektorlarına milyard dollarlıq sərmaye qoyublar.

Yaxın günlərdə iki nəhəng xarici şirkət Türkiyəyə sərmaye qoyub.

4 milyard avroluq gəliri ilə dünyanın ən böyük dərman istehsalçısı olan Fransanın Servier şirkəti qərbi Avropadakı istehsalının bir hissəsini Türkiyəyə gətirmək qərarına gəlib.

2014-cü il gəliri 4 milyard avroya çatan və 146 ölkədə 21.400 işçisi olan Servier Fransanın ən böyük müstəqil dərman şirkətidir.

Rheinmetall şirkəti mediada, Türkiyədə təkərli nəqliyyat üçün ikinci bir ortaq iş qurmağa hazırlaşdığını bildirib.

Raket müdafiə sistemlərinin istehsalçısı olan MBDA-nın rəhbəri Antoine Bouvier qeyd edib ki, Hava müdafiə sistemləri mövzusunda yenidən ortaq işləyəcəyi ölkə Türkiyə olacaq.

Yaponiya avtomobil istehsalçısı olan Toyota Sakaryadakı fabrikinə 350 milyon avro dəyərində sərmaye qoyaraq yeni bir modelin istehsalına başlayacağını bildirib.

Kanadanın qatar və təyyarə istehsalçısı Bombardier şirkəti Türkiyədə dəmiryolu layihələrinə yerli ortaq ilə bərabər qatılaraq, yüksək sürətli qatar istehsalına dair texnoloji dəstəklə yanaşı 100 milyon dollarlıq sərmaye qoyacaq.

Mercedes-Benz şirkəti Türkiyə Aksaraydakı fabrikində istehsal gücünü 113 milyon avroluq sərmaye ilə iki qat artıracaq.

Koreyanın Hyundai şirkəti Türkiyədə kiçiq miqyaslı idman maşınları istehsal etmək üçün müqavilələr imzalayıb. Hyundai Assan 150 milyon dollarlıq sərmaye ilə yeni idman maşınları istehsal edəcək.

Almaniyanın nüfuzlu inşaat şirkəti olan HOMES Çəşmədəki 30 milyon avroluq sərmayesindən sonra yeni sərmayelər üçün danışıqlara başlayıb.

HOMES şirkəti Türkiyədəki mülk satışı sektoruna 200 milyon avro, Körfəz ölkələrinin nəhəng turizm investoru olan Qətərin Retaj Group şirkəti isə Türkiyəyə 700 milyon dollarlıq sərmaye qoyacaqlarını bildiriblər.



Әlaqәli Xәbәrlәr