"Fitch Ratings" Türkiyənin kredit reytinqini dəyişdirmədi

Beynəlxalq kredit reytinq agentliyi "Fitch Ratings" Türkiyənin kredit reytinqini dəyişdirmədi.

440332
"Fitch Ratings" Türkiyənin kredit reytinqini dəyişdirmədi

"Fitch Ratings"in hesabatında Türkiyənin uzun müddətli xarici valyutada kredit reytinqinin "bbb-" və reytinq üzrə proqnozunun "dəyişməz" olaraq saxlandığı bildirilir.

Hesabatda Türkiyənin maliyyə intizamını 2015-ci ildə keçirilən iki seçkilərə baxmayaraq qoruması təsdiq qərarı üçün əsas olaraq göstərilir.

"Fitch Ratings" Türkiyənin büdcə kəsirinin azaldığını da qeyd edir.

Hesabatda Türkiyə iqtisadiyyatının böyümə rəqəmlərinə görə eyni səviyyəyə malik digər ölkələri geridə qoyduğu vurğulanır.

Hesabat mətnində minimum maaş artımının və neftin qiymətinin düşməsinin böyüməyə töhfə verəcəyi proqnozu verilir.

"Fitch Ratings"in hesabatında Rusiyanın tətbiq etdiyi sanksiyaların İranla ticari əlaqələrin inkişafı yolu ilə tənzimlənəcəyi və "avro bölgəsi"ndəki güclənmənin də Türkiyə iqtisadiyyatına müsbət təsir edəcəyi ifadə edilir.

Türkiyəyə dair növbəti kredit reytinqi qiymətləndirməsinin aprelin 8-də Moody's tərəfindən aparılması gözlənilir.



Әlaqәli Xәbәrlәr