Türkiyǝ-Somali iş forumu İstanbulda keçirilib

Baş nazirin müavini Lütfü Әlvan da Türkiyǝnin Somalidǝki sǝrmayǝ qoyuluşunun 100 milyon dollara çıxdığını söylǝyib.

437510
Türkiyǝ-Somali iş forumu İstanbulda keçirilib

Somalinin Baş naziri Ömǝr Abdurrǝşit Әli Şarmarki, Xarici İqtisadi Әlaqǝlǝr İdarǝ Heyǝti tǝrǝfindǝn tǝşkil edilǝn yığıncaqda ölkǝsinin inkişaf etmǝsi üçün Türkiyǝnin dǝ dǝstǝyinǝ ehtiyac duyulduğunu bildirib.

Baş nazirin müavini Lütfü Әlvan da Türkiyǝnin Somalidǝki sǝrmayǝ qoyuluşunun 100 milyon dollara çıxdığını söylǝyib.

Tǝhlükǝsizlik, sabitlik vǝ rifahın tǝmin edilmǝsi üçün Somalinin qarşısında çox uzun bir yol olduğunu vurğulayan Әlvan iqtisadiyyat vǝ ticarǝt fǝaliyyǝtlǝri ilǝ xarici sǝrmayǝdarların sayının artırılmasının vacib olduğunu ifadǝ edib.

İqtisadiyyat naziri Mustafa Әlitaş da Türkiyǝ ilǝ Somali arasındakı ticarǝt hǝcminin artırılmasının vacibliyini dilǝ gǝtirib.

Somali ilǝ ticarǝt hǝcminin bu il 80 milyon, gǝlǝcǝk il isǝ 100 milyon dollar olaraq hǝdǝfǝ götürdüklǝrini bildirǝn nazir 2003-cü ildǝ Afrika qitǝsinǝ 5,4 milyard dollar ixracat reallaşdırıldıqda bu rǝqǝmi 20 milyard dollara çıxardıqlarını qeyd edib.

Yığıncaqda iki ölkǝ arasında ticarǝt vǝ iqtisadi ǝmǝkdaşlığa dair saziş dǝ imzalanıb.



Әlaqәli Xәbәrlәr